Kateqoriyasız

AFFA-dan açıqlama: Vüqar Həsənlinin idarəçiliyi araşdırılacaq

AFFA “Sabah” – “Neftçi” oyununun hakimlərinin idarəçiliyi ilə bağlı araşdırma aparacaq.

Bu barədə qurumun sosial şəbəkə hesabı məlumat yayıb.

Bildirilir ki, Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində aprelin 25-də keçirilmiş “Sabah” – “Neftçi” oyununun hakim-inspektoru tərəfindən təqdim olunacaq hesabata əsasən (hər oyundan sonra həyata keçirilən prosedura uyğun olaraq) qarşılaşmanın hakimlər briqadasının idarəçiliyi ilə əlaqədar AFFA-nın Hakimlər Komitəsi tərəfindən müvafiq araşdırma aparılacaq.

Sözügedən qarşılaşmanı Vüqar Həsənlinin başçılıq etdiri hakimlər briqadası idarə edib. Hakimlərin qərarları ciddi müzakirələrə səbəb olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43