Kateqoriyasız

AFFA Matiçin formasına görə “Qarabağ”ı cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda aşağıdakı qərarlar qəbul olundu.

Premyer Liqanın XVI turunun “Sumqayıt” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 8 nömrəli futbolçusu Uroş Matiçin futbol formasında standartlar pozulduğu üçün klub 3000 manat cərimə olunur;

XVI turun “Keşlə” – “Zirə” oyununun 61-ci dəqiqəsində “Zirə” klubunun 44 nömrəli futbolçusu Dmitrios Çantakias “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimələnir;

XVI turun “Neftçi” – “Qəbələ” oyununda “Qəbələ” klubunun baş məşqçisi Elmar Baxşıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimələnir;

“Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43