Kateqoriyasız

AFFA-nın klublarla növbəti videokonfransı keçirildi

AFFA, Peşəkar Futbol Liqası (PFL) və Klublar Komitəsinin videokonfrans formatında növbəti birgə iclası keçirilib.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, iclasda icraçı vitse-prezident Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, Premyer Liqa klublarının nümayəndələri və digər rəsmilər iştirak ediblər.

Toplantıda mövcud vəziyyət nəzərə alınmaqla Azərbaycan Premyer Liqasının təqvimi müzakirə olunub, ətraflı fikir mübadiləsi aparılıb.

Müzakirə olunmuş məsələ ilə bağlı qərarı PFL qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43