Kateqoriyasız

AFFA rəsmiləri yığma üzvləri ilə görüşdü

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və baş katib Sərxan Hacıyev 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.

AFFA rəsmiləri Estoniyaya qarşı keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyunu və və Belarusa qarşı yoldaşlıq matçında komandaya uğurlar arzulayıb. Görüşdə AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə də iştirak edib.

Qeyd edək ki, U-21 martın 25-də Estoniya, 29-da isə Belarus yığması ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43