AFFA və Türkiyənin “Kiğılı” kişi geyim brendi arasında tərəfdaşlıq müqaviləsinin imzalanacağı tarix açıqlanıb.
İdmanxeber.az-ın “Fanatik” nəşrinə istinadən məlumatına görə, tərəflər iyunun 15-də milli assosiasiyanın inzibati binasında rəsmi sözləşməyə imza atacaqlar.
Mərasimdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və şirkətin baş direktoru Hilal Suerdem iştirak edəcəklər. Anlaşmaya əsasən, Azərbaycan milli komandasının üzvləri “Kiğılı” brendinə məxsus kostyumlarla təmin olunacaqlar.
Qeyd edək ki, “Kiğılı” şirkəti 1938-ci ildə parça satışı məqsədilə qurulub və 1965-ci ildə ilk geyim satış mağazasını həmin dövrün ən məşhur alış-veriş mərkəzlərindən olan İstanbulun İstiqlal küçəsində açıb.