“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının finalında “Real”la oyun öncəsi açıqlama verib.
İdmanxeber.com-un məlumatına görə, Kazemironu Madrid klubunun ən önəmli oyunçusu hesab edib: “İnsanlar finalda İsko, yoxsa Beylin oynayacağı haqda danışırlar. Amma mənim üçün “Real”ın ən önəmli oyunçusu Kazemirodur Çünki komanda onsuz öz futbolunu oynaya bilmir”.
İtaliyalı mütəxəssis bildirib ki, Kazemiro “Real”ın oyununu tarazlaşdırır: “Mənim üçün o, fundamental oyunçudur: “O matçda balans yarada bilir. Düşünmürəm ki, hansısa bir futbolçu bunu bacara bilər”.