Kateqoriyasız

APOEL üçün çətin sınaq: Aparıcı oyunçulara istirahət verildi

Avropa Liqsının qrup mərhələsinin III turunda Bakıda “Qarabağ”ın qonağı olacaq APOEL-in baş məşqçisi Tomas Doll narahatdı.

İdmanxeber.a Kipr mətbuatına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis komandanın hər iki cəbhədə uğur qazanması üçün futbolçularla fərdi söhbətlər aparır. Nikosiya təmsilçisi daha çox “Qarabağ”la matçı düşünür. Belə ki, V tur çərçivəsində səfərdə “Doksa” ilə qarşılaşacaq APOEL-in lideri Tamariyə istirahət veriləcək. Bundan başqa komandanın başqa bir üzvü – Merki də dincələnlər arasında olacaq.

Bakı səfərinin vacibliyini dərk edən Tomas Doll daxili arenada da, büdrəmək istəmir. Klub rəhbərliyi həm daxili çempionatda, həm də Avropa Liqasında komandadan maksimum nəticə gözlədiyini açıqlayıb.

Qeyd edək ki, bu mövsüm cəmi 2 oyun keçirən APOEL 6 xalla 8-ci pillədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43