l Divizion

“Araz Naxçıvan”dan daha bir rəsmi transfer – FOTO

I Divizionun ilk dövrəsini 4 xal fərqi ilə lider kimi tamamlayan "Araz-Naxçıvan"  heyətinə əl gəzdirməkdə davam edir. Bu dəfə Naxçıvan klubu "Karvan"ın hücumçusu Əziz Hüseynovu komandaya dəvət edib. Gənc futbolçu ilə 1 illik müqavilə imzalanıb.  Qeyd edək ki, Yevlaxın uşaq futbol məktəbində futbolun sirlərini öyrənməyə başlayan Əziz Hüseynov sonradan “Karvan”ın əsas heyətinə dəvət edilib. Daha sonra “Qəbələ”yə yollanan Hüseynov, bir mövsümdən sonra yenidən doğulduğu şəhərə qayıdıb və  mövsümün başlanğıcından "Araz-Naxçıvan"a transfer olunanadək əsas heyətdə əvəzedilmədən çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43