İdman

“Araz” UEFA kubokunun əsas mərhələsində növbəti oyunununa çıxır

Azərbaycan çempionu “Araz” bu gün futzal üzrə UEFA kubokunun əsas mərhələsində növbəti oyununu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, 2-ci qrupun ikinci turunda rəqib Kosovanın “Feniks” klubu olacaq.

Qarşılaşma 2-ci qrupun oyunlarına ev sahibliyi edən Makedoniyanın paytaxtı Skopyedə Boris Trajkovski adına İdman Mərkəzində keçiriləcək. Ölkə çempionu bu görüşü qələbə ilə başa vuracağı təqdirdə, turnirin elit rounduna vəsiqə şanslarını artıracaq.

İlk oyunda Tbilisi Dövlət Universiteti komandasını 7:1 hesabı ilə məğlub edən “Araz” hazırda 3 xalla qrup lideridir. “Feniks”in də aktivində 3 xal var. 

“Araz” qrupdakı son oyununu oktyabrın 14-də “Jelezarets”ə qarşı keçirəcək.

Qeyd edək ki, turnirin reqlamentə əsasən, əsas mərhələdə 6 qrupun ilk iki pilləsində qərarlaşan və ən yaxşı göstərici ilə 3-cü yeri tutan 4 komanda elit raunda yüksələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43