13 İyul 2026
Dünya futbolu

“Arsenal” bu transfer üçün 100 milyon ödəməlidir

“Arsenal” yay transfer pəncərəsində “Leyptsiq”in vingeri Yan Diomande ilə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi ivuarlı futbolçunu komandadan mümkün ayrılığı gözlənilən Qabriel Martinelliyə alternativ kimi nəzərdən keçirir.

Xəbərdə bildirilir ki, Almaniya klubu futbolçunun transferi üçün 100 milyon avro məbləğində təklifi dəyərləndirməyə hazırdır. Diomandenin “Leyptsiq”lə mövcud müqaviləsi 30 iyun 2030-cu ilə qədər qüvvədədir.

Qeyd edək ki, cinah oyunçusu 2025-ci ilin yayındanetibarən Almaniya klubunda çıxış edir. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 24 oyunda 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalının məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 45 milyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43