Dünya futbolu

“Arsenal” Mkitaryanı Bakıya gətirməyə hazırlaşır

İngiltərənin “Arsenal” klubu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına imkan verən viza dəstəyini UEFA-dan alıb.

Avropa futbol qurumu Azərbaycan tərəfinin erməni futbolçunun Bakıya gəlişinin problem yaratmayacağı zəmanətini almaq və buna əmin olmaq istəyir.

Əgər London təmsilçisi yarımfinal mərhələsində  İspaniya “Valensiya”sını üstələsə, finala yüksələcək.

“Arsenal” bu mövsüm Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la Bakıdakı görüşə Henrix Mxitaryanı gətirməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43