Milli komanda

“Artıq 80-ci dəqiqədən sonra bir az həyəcan hissi var idi”

“Yeni ildə ilk qələbəyə görə hər kəsi təbrik edirəm. Çətin oyun oldu. Belə olacağını bilirdik. Analiz edəndə də görmüşdük ki, rəqib daha çox müdafiədən oynayır. Məşqlərdə bunun üzərində işləyirdik. Belə oyunlarda tez qol vurmaq lazımdır ki, oyun sonradan daha rahat getsin. Komanda səbrli oynadı, hiss edirdik ki, qol vuracağıq. Sonda da olsa, qol vurub, qalib gəldik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Arif Əsədov səsləndirib. Təcrübəli mütəxəssis fikirlərinə belə davam edib:

“Futboldur da, hər şey olur. Təbii ki, qələbəni daha çox istəyirdik. Artıq 80-ci dəqiqədən sonra bir az həyəcan hissi var idi. Ona kimi inanırdım ki, vuracağıq. Tez vursaydıq, qollarımızın ardı da gələcəkdi. Əvəzetmələrdə də “va bank” getdik, hücum resurslarından istifadə etdik ki, qol vuraq. Gözləyirdim. Amma sonlarda həyəcan da var idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43