19 İyun 2026
Ölkə futbolu

“Atletik” – “Qarabağ” oyununun hakimləri müəyyənləşdi

UEFA Gənclər Liqasının əsas mərhələsində “Qarabağ”ın U-19 komandasının səfərdə “Atletik”lə keçirəcəyi oyunun hakimləri açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, görüşü israilli FİFA referisi Qal Leyboviç idarə edəcək. Ona Haz Orpaz Hen və Zeev Vladimir Frenkel kömək edəcəklər. Dördüncü hakim isə ispaniyalı Con Andrade Del Olma olacaq.

Qarşılaşma oktyabrın 22-də, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43