Dünya futbolu

AVRO-2020: Türkiyə məğlubiyyətlə başladı

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsinin oyunlarına start verilib.

İdmanxeber.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turnirin açılış matçında A qrupunda yer alan İtaliya və Türkiyə milli komandaları üz-üzə gəlib. Romada, “Olimpiko” stadionunda keçiriləcək görüşdə meydan sahibləri qələbə qazanıb – 3:0.

Qrupun digər matçı sabah keçiriləcək. Uels və İsveçrə yığmaları Bakı Olimpiya stadionunda üz-üzə gələcəklər. Oyuna saat 17:00-da start veriləcək.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Avropa çempionatı, qrup mərhələsi, 1-ci tur

11 iyun

A qrupu

Türkiyə – İtaliya 0:3 (2-ci hissə)
Qol: M.Demiral, 53-öz qapısına. Ç.İmmobile, 66. L.İnsinye, 79.

Türkiyə: 23. Uğurcan Çakır, 2. Zeki Çelik, 3. Merih Demiral, 4. Çağlar Söyüncü, 5. Okay Yokuşlu, 6. Ozan Tufan, 9. Kenan Karaman, 10. Hakan Çalhanoğlu, 11. Yusuf Yazıcı, 13. Umut Meraş, 17. Burak Yılmaz (k).
İtaliya: 21. Canluici Donnarumma, 3. Corco Kyellini (k), 4. Leonardo Spinatsola, 5. Manuel Lokatelli, 8. Jorjinyo, 10. Lorentso İnsinye, 11. Domeniko Berardi, 17. Çiro İmmobile, 18. Nikola Barella, 19. Leonardo Bonuççi, 24. Alessandro Florentsi.

12 iyun

A qrupu
17:00 Uels – İsveçrə

B qrupu
20:00 Danimarka – Finlandiya
23:00 Belçika – Rusiya

13 iyun

D qrupu
17:00 İngiltərə – Xorvatiya

C qrupu
20:00 Avstriya – Şimali Makedoniya
23:00 Niderland – Ukrayna

14 iyun

D qrupu
17:00 Şotlandiya – Çexiya

E qrupu
20:00 Polşa – Slovakiya
23:00 İspaniya – İsveç

15 iyun

F qrupu
20:00 Macarıstan – Portuqaliya
23:00 Fransa – Almaniya


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43