25 İyun 2026
Ölkə futbolu

Avropa Liqası: “Sabah” “Çelye”yə uduzdu – YENİLƏNİB 

“Sabah” bu gün Avropa Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayıb.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində evdə “Çelye” (Sloveniya) ilə qarşılaşıb. “Bank Respublika Arena”da keçiriləcən matç qonaqların qələbəsilə başa çatıb – 3:2.

Bu komandalar arasında cavam oyunu isə iyulun 17-də Sloveniyada olacaq. 

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar

10 iyul

20:00. “Sabah” (Azərbaycan) – “Çelye” (Sloveniya) 2:3

Qol: Pavol Şafranko, 3 (1:0); Franko Kovaçeviç, 7 (1:1); Pavol Şafranko, 18 – pen. (2:1); Franko Kovaçeviç, 48 (2:2), Hrka, 90+3 (2:3)

Hakimlər: Daniyar Saxi, Samat Terqeussizov, Sergey Klaçyo, Saken Baiymbet (Qazaxıstan)

“Bank Respublika Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43