25 İyun 2026
Ölkə futbolu

Azərbaycanlı futbolçunun yeni komandası bəlli oldu – ÖZƏL 

“Zirə”dən ayrılan Məqsəd İsayevin yeni klubu bəlli olub.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, təcrübəli oyunçu “Kəpəz”lə anlaşıb. Tərəflər arasında bir müddətdir davam edən danışlar müsbət nəticələnib.

Transfer yaxın günlərdə rəsmən açıqlanacaq.

31 yaşlı müdafiəçi bu günə qədər Premyer Liqada 255 oyun keçirib. Onun aktivində 6 qol və 13 məhsuldar ötürmə var.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43