Dünya futbolu

Avropa Liqasında ingilislərin gecəsi

Bu gün Avropa Liqasında yarımfinal oyunları start götürüb.

İdmanxeber.az-ın məlumatına görə, baş tutan iki görüşdə ümumilikdə qapılara 6 qol vurulub.

İngiltərədə “Arsenal” İspaniyanın “Valensiya” klubu ilə üz-üzə gəlib. Görüşdə hesabı qonaqlar açsa da, London təmsilçisi sonradan 3 qol vuraraq qələbə qazanan tərəf olub.

İngiltərənin digər təmsilçisi “Çelsi” Almaniyanın “Ayntraxt” klubu ilə qarşlılaşıb. Bu görüşdə qalib müəyyənləşməyib – 1:1.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşmaları mayın 9-da olacaq

2 may

Avropa Liqası, yarimfinal

“Arsenal” (İngiltərə) – “Valensiya” (İspaniya) 3-1

“Ayntraxt” (Almaniya) – “Çelsi” (İngiltərə) 1-1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43