İdman

Azərbaycan Kuboku: Finalın adı bəlli oldu

Basketbol üzrə Azərbaycan kubokunda finalçılar bəlli olub.

İdmanxeber.az məlumat verir ki, ilk finalçı NTD İNDİGO-nu məğlub edən “Xəzri” olub. Görüş 78:73 hesabıyla “Xəzri”nin qələbəsiylə başa çatıb. Görüşün ən məhsuldar oyunçu qalib komandanın heyətində 18 xalla oynayan Vüqar Məmişov olub.

Digər yarımfinal oyununda isə “Neftçi” və “Sərhədçi” qarşılaşıb. Görüş “ağ-qaralar”ın 91:73 hesablı qələbəsiylə başa çatıb. 

“Xəzri” və “Neftçi” arasında keçiriləcək final görüşü aprelin 20-də, saat 15:00-da start götürəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43