Kateqoriyasız

“Azərbaycan millisi ilə oyunda qələbə qazanmaq istəyirik”

Şimali Makedoniya millisinin futbolçusu Ezcan Alioski Finlandiya və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri matçlar barədə yerli federasiyanın rəsmi saytına danışıb

İdmanxeber.az-ın məlumatına görə, Türkiyənin “Fənərbağça” klubunda çıxış edən 30 yaşlı müdafiəçi qarşılaşmaları yüksək səviyyədə keçirmək istədiklərini bildirib:

“Yoldaşlıq görüşləri olsa da, qələbə qazanmağa çalışacağıq.Özümüzə inanmalıyıq. Bu iki qarşılaşma üçün millinin düşərgəsinə gələn futbolçulara hörmət etmək lazımdır. Çünki klubda keçirdiyimiz çox sayda oyunlardan sonra bu formada qalmaq asan deyil”.

Qeyd edək ki, Şimali Makedoniya seçməsi noyabrın 17-də Azərbaycanla, 3 gün sonra isə Finlandiya ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43