Kateqoriyasız

“Qarabağ” – “Gent”: Onlar “köhlən atlar”a güvənir

Xəbər verdiyimiz kimi, “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” klubu ilə qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, dünyanın müəşhur bukmeker kontorları fevralın 16-da keçiriləcək qarşılaşma üçün əmsalları açıqlayıb. Kontorlar “Qarabağ” ev matçında favorit görür. Belə ki, Ağdam klubunun qələbəsində 2.19, matçın heç-heçəsinə isə 3.62 əmsal açılıb. “Gent”in Bakıdan qələbə ilə ayrılmasına isə 3.24 əmsal verilir.

Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43