İdman

Azərbaycanlı atlet Olimpiadaya vəsiqə qazandı

Azərbaycan atleti  Nazim Babayev Fransanın Lievin şəhərində keçirilən atletika üzrə “Meeting Hauts de France pas de Calais” beynəlxalq turnirində iştirak edib.

Üç təkanla tullanma növündə mübarizə aparan 23 yaşlı idmançı yarışda 17,15 metr nəticə göstərərək “Tokio 2020” lisenziya qazanıb.O, bu nəticə ilə gümüş medala yiyələnib və olimpiadaya lisenziya üçün nəzərdə tutulan normativi (17,14) keçib.

Qeyd edək ki, N.Babayev fevralın 15-də İstanbulda keçirilən Balkan çempionatında qızıl medal qazanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43