Kateqoriyasız

Azərbaycanlı iş adamının oğlu “Spartak”ın idarə heyətində

Rusiyanın “Spartak” klubunun direktorlar şurasında dəyişikliklər olub.

Səhmdarların ümumi yığıncağının qərarı ilə Zarema Salihova və Yusif Ələkbərov idarə heyətinə daxil edilib. Sergey Mixaylov klubun rəhbər heyətini tərk edib.

Yusif Ələkbərov “Lukoil” şirkətinin rəhbəri, “Spartak” futbol klubunun sahibi Vahid Ələkbərovun oğludur.

Zarema Salihova isə Moskva klubunun prezidenti və səhmdarlarından biri Leonid Fedunun həyat yoldaşıdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43