Kateqoriyasız

AZAL-ın gücü tələbələrə çatdı

Yeni mövsümə hazırlıqlarını davam etdirən AZAL 5 günlük məşqlərdən sonra ilk yoxlama görüşünü keçirib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi  “AZAL Arena”da Azərbaycan tələbələr yığma komandası ilə görüşüb və böyükhesablı qələbə qazanıb.

Baş məşqçi Tərlan Əhmədov ixtiyarında olan futbolçuların hamısına meydanda özünü göstərmək üçün şans verib.

Görüşün 50-ci dəqiqəsində AZAL-ın futbolçusu Con Oluremi  komanda yoldaşı Viktor İqbekoiyə qarşı kobudluğa görə təyin olunan penaltini boşa verməklə seçilib. Sonrakı 5 dəqiqə ərzində isə AZAL iki dəfə qola sevinib. Əvvəlcəə baxışda olan Emin Mustafayev, sonra isə Viktor İqbekoyi fərqlənib.  Görüşdə yekun nəticəni də Viktorun qolu müəyyənləşdirib – 3:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43