Misli Premyer Liqasının III turunda ən çox azarkeş “Sumqayıt” – “Şamaxı” oyununda qeydə alınıb.
Qarşılaşmanı tribunadan 2700 tamaşaçı izləyib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Turun ən az tamaçaçısı isə “Araz Naxçıvan” – “Qəbələ” görüşündə müşahidə edilib. Matçı cəmi 100 nəfər izləyib.
Digər oyunlarda qeydə alınan azarkeş sayı belədir:
Neftçi – Turan Tovuz – 2084 (0:1)
Zirə – Kəpəz – 700 (5:0)
Karvan Yevlax – Qarabağ 800 (0:2)
Sabah – İmişli – 1200 (0:1)
İdmanxeber.az

