Kateqoriyasız

Azərbaycan kubokunda yarımfinal həyəcanı: oyunlara baxmağın yolu

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, baş tutacaq iki qarşılaşmanın biri televiziya vasitəsi ilə canlı yayımlanacaq. 

Belə ki, “İnter Arena”da keçiriləcək “İnter” – “Neftçi” qarşılaşması saat 19:00-dan etibarən “İdman Azərbaycan” kanalının canlı efirində olacaq.

Zaqatalada baş tutacaq “Simurq” – “Qarabağ” matçı isə birincilərin klub TV-si ilə canlı yayımlanacaq. Bu qarşılaşma isə saat 18:00-da start götürəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43