İdman

“Azərbaycan millisinin üzvləri yüksək səviyyədə çıxış etdilər”

Futzal üzrə Macarıstan millisinin baş məşqçisi Sito Rivero Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına 1:6 hesabı ilə uduzduqları görüş barədə danışıb.

İdmanxeber.com-un məlumatına görə, ispan məşqçi qələbə münasibəti ilə millimizi təbrik edib:

“Həm qələbə, həm də final mərhələsinə vəsiqə qazanması münasibətilə Azərbaycan milli komandasını təbrik edirəm. Oyuna gəldikdə, ikinci hissənin ortalarına qədər 5-in 4-ə çıxış edirdik. Hiss edirdim ki, oyunçularım əsəbi və gərgindirlər. Rəqibin vurduğu dördüncü qoldan sonra mübarizə bizim üçün bitdi.

Azərbaycan millisinin üzvləri yüksək səviyyədə çıxış etdilər və onlar istənilən rəqibə qarşı mübarizə aparacaq gücdədirlər. Biz isə pley-off mərhələsindəki rəqibimizi gözləyəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43