Premyer Liqa

Azərbaycan Premyer Liqası, XX tur: 3 oyun canlı yayımlanacaq

Azərbaycan Premyer Liqasının 20-ci turunun iki oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq.

İdmanxeber.com-un məlumatına görə, fevralın 6-da keçiriləcək “Qəbələ” – AZAL (14:00) və  “Neftçi” – “Simurq” (16:00) oyunları İdman Azərbaycan kanalının canlı efirində olacaq.

Fevralın 7-də keçiriləcək “Qarabağ” – “Bakı” oyunu isə yayımlanmayacaq. Həmin gün baş tutacaq “Xəzər Lənkəran” – “İnter” matçı 17:00-dan etibarən “Xəzər Lənkəran TV”də canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43