Ölkə futbolu

Azərbaycanlı futbolçu Çexiya klubunun heyətində debüt etdi

Çexiyanın “Slaviya” klubu ilə 3 illik müqaviləyə qol çəkən futbolçumuz Fərid Nəbiyev yeni klubunda ilk görüşünü keçirib.

İdmanxeber.com-un məlumatına görə, oyunçumuz adıçəkilən klubun 21 yaşlılardan ibarət komandasının heyətində meydana çıxıb. “Pribram”ın qonağı olan “Slaviya”nın U-21 komandası 1:2 hesabı ilə uduzub. Start heyətində yer alan Fərid 84-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 6 turdan sonra aktivində 10 xal olan “Slaviya” turnir cədvəlində 4-cü pillədə yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43