"Bakı-2015" I Avropa Oyunlarında boks yarışları davam edir.
İdmanxeber.com-un məlumatına görə, bu gün 1/8 mərhələsinin daha 5 çəki dərəcəsində görüşlər keçiriləcək.
Qeyd edək ki, boksçularımızdan Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Albert Səlimov (60 kq), Teymur Məmmədov (81 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) artıq adını 1/4 finala yazdırıb. Salman Əlizadə (49 kq), Anna Əlimərdanova (54 kq) və Yelena Vıstropova (64 kq) isə yarışa bu mərhələdən qoşulacaqlar.
Kişilər
64 kq
Bu çəkidə mübarizə aparan təmsilçimiz Lorenzo Sotomayor ilk görüşündə slovakiyalı Edin Seydinoviçi mübarizədən kənarlaşdırmışdı. Bu gün isə o, 1/8 finalda moldovalı Dmitri Qalaqotla qarşılaşıb. Bu görüşdə də inamlı qələbə qazanan Lorenzo Sotomayor 1/8 finala vəsiqə qazanıb.
69 kq
Mübarizəyə 1/8 finaldan qoşulacaq Pərviz Bağırov ilk görüşündə moldovalı Vasili Belusla üz-üzə gəlib. Hər 3 raundda rəqibini məğlub edən idmançımız 1/4 finala vəsiqə qazanıb.
75 kq
Xaybula Musalovbu çəkidə ölkəmizi təmsil edəcək. O, 1/4 finala çıxmaq uğrunda fransız Kristian Haller-Assomo Mbilli ilə münasibətlərinə aydınlıq gətirib. Görüşü qələbə ilə başa vuran idmançımız növbəti mərhələyə adlayıb.
91 kq
Bu çəkidə mübarizə aparan Abdulqadir Abdullayev ilk döyüşünü macarıstanlı Adam Hamoriyə qarşı keçirib. İnamlı qələbə qazanan idmançımız 1/8 finala vəsiqə əldə edib.
Qadınlar
60 kq
Qadın boksçularımızdan rinqə bu gün Yana Alekseyevna çıxacaq. O, 1/8 finalda finlandiyalı Mira Potkonenlə üz-üzə gəlib. Bu görüşdə rəqibinə şans verməyən idmançımız qələbə qazanaraq 1/4 finala yüksəlib.