Kateqoriyasız

“Qəbələ”nin futbolçusu “Zirə”də – ÖZƏL

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Zirə" transfer çalışmalarını davam etdirir.

İdmanxeber.com-un əldə etdiyi özəl məlumata görə, debütant "Qəbələ"nin əvəzedici heyətində çıxış edən Tellur Mütəllimovu heyətinə qatır. 

Artıq tərəflər arasında razılıq əldə olunub və futbolçu icarə əsasında "Zirə"də çıxış edəcək. Gənc yarımmüdafiəçi ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43