Kateqoriyasız

Bakı Olimpiya Stadionunun direktoru müəyyənləşdi

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı Olimpiya Stadionunu AFFA-ya uzunmüddətli təmənnasız istifadəyə verib.

İdmanxeber.com-un qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, AFFA prezidenti Rövnəq Abdullayevin əmri ilə assosiasiyanın Marketinq və Reklamlar Şöbəsinin müdiri Cavid Qarayev Bakı Olimpiya Stadionuna direktor təyin olunub.

Qeyd edək ki, Cavid Qarayev Azərbaycan Nümayəndəliyinin Baş direktoru vəzifələrində çalışıb. 2007-ci ilin noyabr ayından AFFA-nın Marketinq və Reklamlar Şöbəsinin müdiri vəzifəsində fəaliyyətə başlayıb. FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin Marketinq rəhbəri olub. UEFA-nın Marketinq Məsləhətverici Komitəsinin üzvü, FİFA-nın MA Xidmətləri və Peşəkarlıq Proqramının (MASP) konsultantıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43