Kateqoriyasız

“Bakı” – “Qarabağ” matçı birincidi

Azərbaycan Premyer Liqasının 28-ci turunda üz-üzə gələn “Bakı” və “Qarabağ” ölkə çempionatları tarixində 50-ci dəfə qarşılaşıb.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 1:1 hesabı ilə başa çatan oyun iştirakçıları ən çox qol vurulan cütdür.

Belə ki, bu komandaların qarşılaşmalarında 123 qol vurulub. Baş tutan 50 matçdakı top fərqində “Qarabağ” öndədir – 69:54. Ümumiyyətlə, Azərbaycan çempionatlarında yalnız 6 cütdə 100 və daha çox qol vurulub.

123 qol – “Qarabağ” – “Bakı” – 69:54 (50 oyun)

112 qol – “Turan” – “Kəpəz” – 56:56 (43 oyun)

111 qol – “Neftçi” – “Bakı” – 70:41 (49 oyun)

111 qol – “Qarabağ” – “Neftçi” – 56:55 (59 oyun)

104 qol – “Neftçi” – “Turan” – 69:35 (44 oyun)

101 qol – “Neftçi” – “İnter” – 61:40 (42 oyun)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43