Dünya futbolu

Balotelli “Qalatasaray”a keçir

Fransanın “Nice” klubunda forma geyinən Mario Balotelli karyerasını Türkiyədə davam etdirə bilər.

Bu barədə “Fanatik” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, hazırda forvard axtarışında olan “sarı-qrmızılar” bu boşluğu italiyalı futbolçu ilə doldura bilir. Fransa klubunda problemlər yaşayan Balotellinin komandadan ayrılacağı gözlənilir.

Marionun “Qalatasaray”a keçməsi üçün isə baş məşqçi Fatih Terimin qərarı mühüm rol oynayacaq. Əgər təcrübəli mütəxəssis bu transferə müsbət rəy versə, Balotelli İstanbula gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43