"Barselona"dan ayrılacağı gözlənilən Xavi hələ ki, özünə yeni klub tapa bilməyib.
İdmanxeber.com "Marca"-ya istinadən xəbər verir ki, öncə "New York Siti"nin cavabına "hə" deyən ulduz futbolçunun bu kluba keçidi David Vilya və Lampardın transferindən sonra "kölgə"də qaldı.
Mikayıl Laudrupun baş məşqçisi olduğu "Lexviya" ilə də görüşən Xavi hələ ki, bu klubla da razılaşa bilməyib.
Əgər Xavi özünə yeni komanda tapa bilməsə o zaman karyerasını "Barsa"da davam etdirəcək.