Kateqoriyasız

“Başqa yolumuz yoxdur” – “Kəpəz”in futbolçusu

“Bizi olduqca çətin görüşün gözlədiyini dərk edirik. Çünki “İnter” ilə bir xal fərqimiz var. Turnir cədvəlində qonşu pillələrdə yer almışıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Kərim Diniyev klubun saytına deyib.

O, Azərbaycan Premyer Liqanın XXII turunda qarşılaşacaqları “İnter” ilə oyun haqda danışıb:

“Qarşıdakı oyun 6 xallıq əhəmiyyət daşıyır. Qalib gələn tərəf üç xal qazanmaqla yanaşı, rəqibindən bir qədər aralanaraq üstünlük əldə edəcək. Bunu yaxşı anlayırıq. Ona görə bizim üçün vacib görüş olacaq. Ciddi hazırlaşmışıq, hədəfimiz qələbədir”.

Kərim Diniyev komandasının sonuncu turda “Qarabağ” məğlubiyyətinə də toxunub. Dayaq yarımmüdafiəçisi şanssız şəkildə uduzmaqlarının düşərgədə ruh düşkünlüyünə səbəb olmadığını, əksinə futbolçularaəlavə motivasiya verdiyini bildirib:

 “Buraxdığımız sonuncu qol kuryoz alındı. Bu məğlubiyyət bizi ruhdan salmayıb, əhval-ruhiyyəmiz yerindədir. Hər şey plan üzrə gedir. Uduzmağımız bizi “İnter” ilə matçda daha diqqətli oynamağa məcbur edir. Başa düşürük ki, evdəki məğlubiyyəti səfərdə uğurlu nəticə qazanmaqla sığortalaya bilərik. Bunun üçün bütün gücümüzü meydanda qoyacağıq. Başqa yolumuz yoxdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43