İdman

Bədavi Hüseynov Almaniyada əməliyyat olacaq

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubunun aparıcı futbolçusu Bədavi Hüseynov əməliyyat olunacaq. 

İdmanxeber.com-un məlumatına görə, millimizin müdafiəçisinin əməliyyatı ölkə xaricində reallaşacaq. 

Belə ki, ÇL-in qrup mərhələsinin III turunda “Atletiko” ilə matçın (0:0) son dəqiqələrində zədə alan oyunçu Almaniyada yüngül əməliyyat keçirəcək. Onun yaxın 1-2 gün ərzində əməliyyat masası arxasında uzanacağı gözlənilir. 

Hüseynov əməliyyatdan sonra bir müddət istirahət etməli olacaq. Həkimlər onun təxminən 3 həftədən sonra fərdi məşqlətə başlayacağını məqsədəuyğun sayıblar.

Qeyd edək ki, Hüseynov bu gün Almaniyaya yola düşəcək. Futbol11.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43