“Real”ın yarımmüdafiəçisi Cud Bellingem Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında “Mançester Siti” üzərində qazanılan qələbəni (1:1, pen – 4:3) şərh edib.
İdmanxeber.az məlumat verir ki, ingiltərəli yarımmüdafiəçi bunları deyib:
“Mançester Siti” üzərində qələbə? “Real” kimi komandada oynayırsansa, bunu təbii qəbul etməlisən”.
20 yaşlı Bellingem bu mövsüm 35 oyun keçirib, 20 qol vurub və 10 məhsuldar ötürmə edib.