Milli komanda

Berti Foqts: “Ruslan Abışov nəyə görə əvəzləndiyini bilir”

“Yersiz səhvlərə yol verirdik. Müdafiədə də səhvlər var idi. Şadam ki, ilk yoldaşlıq oyununda qələbə qazandıq. Amma oyundan tam razı qalmadım. Bundan sonra mayda iki, avqustda bir yoxlama oyunu keçirəcəyik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı mütəxəssis daha sonra sözlərinə belə davam edib:

“Ruslan Abışov nəyə görə əvəzləndiyini bilir. Özü də oyunundan razı deyildi. Onu bağışlamaq olar.

Heyətdə yeni futbolçular var idi. Bu gün 3 futbolçu millidə debüt etdi. Seçmə mərhələnin oyunlarında dəyişikliklər ediləcək. Bədavi Hüseynovu dayaq yarımmüdafiəçisi mövqeyində oynatmaq istəyirəm. Heyətə dəvət olunmayan futbolçuların bu oyunda heç birinin yeri görünmədi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43