Kateqoriyasız

“Beşiktaş” baş məşqçisi ilə vidalaşır

“Beşiktaş” klubu baş məşqçisi Valeryen İsmael ilə vidalaşır.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb komandanın cari mövsümdə uğursuz çıxış etməsidir. “Qara qartallar” son 5 qarşılaşmada cəmi 1 qələbə qazanıb.

Artıq tərəflər müqavilənin qarşılıqlı şəkildə pozulması ilə bağlı razılığa gəliblər.  Fransalı mütəxəssis mövsümün sonunadək ona ödənilməli olan məvacibin yarısını alacaq.

Qeyd edək ki, “Beşiktaş” Türkiyə Super Liqasında 11 turdan sonra 19 xalla 5-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43