“Beşiktaş” növbəti mövsümün ilk transferini həyata keçirib.
İdmanxeber az-ın məlumatına görə, İstanbul klubu mövsümün əvvəlindən icarə əsasında komandada çıxış edən Artur Masuakunun birdəfəlik keçidini həll edib.
Müqavilə ilə “Vest Hem”ə məxsus olan oyunçu üçün Premyer Liqa təmsilçisinə 2 milyon avro ödəniləcək.
“Ağ-qaralar”ın 29 yaşlı futbolçu ilə yayda 2+1 illik müqavilə bağlayacağı bildirilir.

