Kateqoriyasız

“Bir gecədə mənə yüzlərlə dəstək mesajı gəlib” – Mahir Emreli

Mahir Emreli “Legiya”nın Polşa Super kubokunda “Rakuv”a penaltilər seriyasında uduzduğu oyunla bağlı sosial hesabında paylaşım edib.

24 yaşlı hücumçu penaltini qeyri-dəqiq yerinə yetirməsindən yazıb:

“Uğursuz penaltidən sonra bir gecədə mənə yüzlərlə dəstək mesajı gəlib, müxtəlif sosial platformalardan minədək yerdə adım qeyd olunub. Bu da mənim ruhumu sakitləşdirir və bu səbədən sizə təşəkkür edirəm. Futbol inanılmaz oyundu və milyonlarla insanın ürəyini duyğularla doldurur, bunun öhdəsindən gəlmək bəzən çox çətindi. Yaxşı oyun üçün komanda yoldaşlarıma təşəkkür edirəm, dəstəklərinə görə minnətdaram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43