Kateqoriyasız

“Bohum”un futbolçusu Azərbaycan millisinə çağırıldı

Almaniyanın 2-ci Bundesliqa klubu “Bohum”da forma geyinən Barış Ekincier Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinə dəvət alıb.

Bu barədə Almaniyanın “Reviersport” portalı məlumat yayıb. Xəbərdə, Barışın 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AÇ-2021-in seçmə mərhələsində Fransa ilə qarşılaşacağı matç üçün dəvət aldığı bildirilib.

Azərbaycan U-21 – Fransa U-21 görüşü sentyabrın 7-də, Sumqayıt şəhər stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43