Dünya futbolu

“Borussiya” “Barselona”nın təklifini rədd etdi

“Barselona” Dortmund “Borussiya”sının futbolçusu Osman Dembeleni transfer etməkdə israrlıdır.

İdmanxeber.com-un məlumatına görə, ötən həftə sonu katalonların direktoru Roberto Fernandes 20 yaşlı fransızın agenti ilə danışıqlar aparıb.

“Barselona” artıq onun üçün 50 milyon avro təklif etmişdi, lakin “Borussiya”nın tələbəi 90 milyondur.

Əgər keçid baş tutarsa, bu bundesliqa tarixinin ən bahalı transferi olacaq. Hələlik ən yüksək ödəniş 2015-ci ildə “Mançester Siti”nin De Brüyne üçün 74 milyon avro ödəməsi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43