Kateqoriyasız

“Böyük oyun”: Nə qədər bilet satışa çıxarıldı?

Premyer Liqanın 29-cu turu çərçivəsində keçirləcək "Xəzər Lənkəran" – "Neftçi" matçı üçün sabahdna biletlər satışa çıxarılacaq.

Bu barədə idmanxeber.com-a Lənkəran klubunun marketinq departamentindən məlumat verilib.

Bildirib ki, "Böyük oyun" üçün 5 min bilet çap edilib. Əgər sabah axşam və ya oyun günü səhər ehtiyac olarsa istənilən sayda bilet çap olunacaq. Biletlərin qiyməti 1 manatdı.

Qeyd edək ki, "Böyük oyun" aprelin 9-da, saat 17:00-da keçiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43