Ölkə futbolu

Bruno Bertuççi azarkeşlərə səsləndi: “Sizə ehtiyacımız var”

“Ötən tur “İnter”lə qarşılaşmada qırmızı vərəqə aldım. Oyunun gərginliyi futbolçulara da siraət etdiyindən, həmin epizodda hakim haqlı olaraq həm məni, həm də rəqib futbolçunu meydandan kənarlaşdırdı. Bu səbəbdən də “Sumqayıt”la oyunda komandama kömək edə bilməyəcəm”.

 

Bunu “Neftçi”nin futbolçusu Bruno Bertuççi deyib.

 

Braziliyalı müdafiəçi Premyer Liqanın VII turu çərçivəsində “Sumqayıt”la oyun öncəsi klubunun rəsmi saytına açıqlama verib: “Çempionat uzun marafon olsa da, burada hər xal üçün mübarizə aparmalısan. Ona görə də heç bir matça arxayın çıxmamalıyıq. Azarkeşlərimiz də bilsinlər ki, səfər oyunlarında onların dəstəyinə daha çox ehtiyacımız var. İnanmıram ki, mənim oynamamağım nəticəyə təsir etsin. “Neftçi”də hər mövqe üçün bir neçə futbolçu rəqabət aparır. Bu səbəbdən də meydana hansı futbolçu çıxsa qələbə üçün əlindən gələni edəcək”.

 

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” matçı sentyabrın 22-də olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43