Kateqoriyasız

PFL-dən Elnur “düyünü” ilə bağlı rəsmi münasibət gəldi

“Xəzər Lənkəran”dan ayrılan Elnur Allahverdiyevin “Qəbələ”yə transfer olunacağı haqda xəbər vermişdik.

Maraqlıdır ki, bu transfer baş tutsa Elnurun qışa qədər “Qəbələ”yə kömək edə bilməmə ehtimalı var. Belə ki, təcrübəli futbolçu “Xəzər Lənkəran”ın  PFL-ə göndərilən sifariş ərizəsində yer alıb və 5 oyunda meydana çıxıb. 

Məsələylə bağlı PFL-dən münasibət öyrəndik.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aslan Şahgəldiyev idmanxeber.com-a açıqlamasında məsələyə bu cür aydınlıq gətirib:

“Əgər Elnurun sənədlərində hər hansı bir problem olmasa, avqustun 31-ə kimi azad futbolçu statusu alıbsa, o zaman “Qəbələ”də oynaya bilər. “Transfer pəncərə”si avqustun 31-də bağlanır. Bu müddətdə futbolçu ilə klub öz arasında müqaviləni ləğv edibsə deməli futbolçu azad oyunçudu. “Qəbələ” bizə sənədləri təqdim edəndə hər bir şeyə baxılacaq. Hər hansı bir problem yoxdursa oynaya biləcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43