Kateqoriyasız

“Bu gün meydanın hər metrində mübarizə var idi” – Murad Musayev

Azərbaycan Premyer Liqasında X turun “Sabah” – “Zirə” (1:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırdı.

– Parlaq oyun gördük. Hər iki tərəf hücum edirdi. Düşünürəm ki, oyuna baxanlar məmnun qaldılar. Tempi sona qədər yüksək saxlaya bildik. Düşünürəm ki, bir epizodda penalti də var idi. Vacib qələbə qazandıq. Bu gün meydanın hər metrində mübarizə var idi.

– İstədiyiniz komandanı formalaşdırmısız?
– Xeyir. Bu proses davam edir. Bu gün ən yaxşı oyunlarımızdan birini oynadıq. Rəqibin üslubu da vacibdir. “Zirə” açıq futbol oynayırdı. Rəqiblər bəzən qapanır. Çalışmalıyıq ki, arsenalımızda olan şeyləri inkişaf etdirək.

– İlk dövrəni 2-ci yerdə başa vurduz. Daha yaxşı ola bilərdi?
– Layiq olduğumuz yerdəyik. “amaxı” və “Neftçi”yə son dəqiqə qolları ilə qalib gəlmişik. Futbol belədir. Bəzən alınır, bəzən yox.

– Qapıda Yusif İmanova şans verirsiz, amma daha iki qapıçınız da var. Düşünmürsüz ki, onlar formadan düşür?
– Digər komandalarda da 4 qapıçı var. Çox önməmli mövqedir. Hər dəfə dəyişiklik etmək olmur. 3 oyundur, qol buraxmırıq. Çox dəyişikliyə ehtiyac yoxdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43