Kateqoriyasız

“Bu gün onlar möhtəşəm idilər” – “Neftçi”nin baş məşqçisi

“İlk oncə futbolçularımı təbrik etmək istəyirəm. Hər iki komanda mükəmməl oyun göstərdi. Çox sevinirəm ki, komandam 3 qol vuraraq mərhələ adladı”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurensio Regekampf “Aris” üzərində qələbəni şərh edərkən deyib.

Təcrübəli çalışdırıcı daha sonra sözlərinə belə davam edib:

“Bu gün bu qələbəni bayram edəcəyik. Ancaq sabahdan növbəti oyunumuzun hazırlığına başlayacağıq. Azarkeşlərimiz bu gün möhtəşəm idilər. Mənim üçün onlar meydanda 12-ci oyunçu idilər. Onları səmimi qəlbdən təbrik edirəm. Bu gün komandamın oyunundan razı qaldım. Kilrdən məğlub qayıdanda futbolçularımın üzərində təzyiq var idi. İlk oyundan sonra ola bilər çox adam bu qələbəmizə inanmırdı, ancaq ilk oyundan sonra futbolçularıma özlərinə inanmalarını tapşırdım, qələbə qazana biləcəyimizi, mərhələ adlayacağımızı bildirdim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43