İdman

Budaq Nəsirovun komandası darmadağınla qalib gəldi

Portuqaliya ikinci liqasında 34-cü turun görüşləri keçirilib.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın üzvü Budaq Nəsirovun çıxış etdiyi “Sportinq”in B komandası doğma meydanda “Olhanense”ni qəbul edib. Qarşılaşma lissabonluların 5 – 1 hesablı qələbəsi ilə başa çatıb.

Budaq Nəsirovun adı bu matçın iştirak ərizəsinə daxil edilsə də, sonadək ehtiyatda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43