Dünya futbolu

“Çelsi” braziliyalı üçün 60 milyon ödəyəcək

“Çelsi” “Palmeyras”ın futbolçusu Estevao Villianı transfer etmək istəyir.

İdmanxeber.az məlumat verir ki, “zadəganlar” 16 yaşlı yarımmüdafiəçi üçün 60 milyon avro ödəməyə hazırdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

London klubu bonuslarla birlikdə bu məbləği ödəməyə hazırdır. “Palmeyras” təklifə müsbət yanaşır.

Villian bu mövsüm 12 oyunda 5 qol vurub, 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43